Modern.az

Magistratura imtahanın nəticəsindən narazıların şikayətinə baxılacaq

Magistratura imtahanın nəticəsindən narazıların şikayətinə baxılacaq

23 İyun 2010, 10:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb. Statistikaya görə, imtahanlarda  6500-dən çox bakalavr iştirak edib.

Nəticələrə əsasən 5238 bakalavr ixtisaslaşma seçimində və müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 1578 nəfəri dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçimində və müsabiqədə iştirak edə biləcəklər.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün  iyunun 22-dən 25-dək internet vasitəsi ilə ixtisaslaşma seçimi aparırlar.

Modern.az xəbər verir ki, TQDK narazıların şikayətinə baxılacağını bildirib. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticəsindən narazı qalan bakalavrların  müraciətlərinə 23- 25 iyun tarixində saat 9.00-dan 17.00-dək TQDK-da təşkil olunmuş apelyasiya komissiyasında (ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17) baxılacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü