Modern.az

Obama Krım tatarlarının liderləri ilə görüşəcək

Obama Krım tatarlarının liderləri ilə görüşəcək

31 May 2014, 14:10

ABŞ prezidenti Barak Obamanın Avropaya səfəri çərçivəsində Krım tatarlarının liderləri ilə görüşü planlaşdırılır. Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu brifinqdə prezidentin müşaviri Ben Rods deyib. Onun sözlərinə görə, görüşdə məqsəd Amerika liderinin Krım-tatar xalqı ilə həmrəyliyini nümayiş etdirmək və Krımın Rusiya tərəfindən işğalını qəbul etməməsidir. Rods deyib ki, Krım tatarlarının lideri Varşavaya Polşa parlamentinin 25 illik yubileyinə dəvət olunub.

Onun sözlərinə görə, Obama Avropa turnesi çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırmır. Bununla belə, Ağ ev iki prezidentin ayaqüstü görüşünü istisna etmir.

Qeyd edək ki, Normandiyada keçiriləcək tədbirə ABŞ prezidentindən əlavə Böyük Britaniya kraliçası II Yelizaveta, Almaniyanın kansleri Anqela Merkel və Rusiya prezidenti də dəvət olunub.

Bundan əvvəl verilən məlumata görə, ABŞ prezidenti Varşavada iyunun 4-də Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroşenko ilə də xüsusi görüşü olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü