Modern.az

Avropa Şurası İsraili pislədi

Avropa Şurası İsraili pislədi

24 İyun 2010, 17:58

Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında Qəzzaya humanitar yardım aparan gəmilərə İsrailin hücumu müzakirə edilib. Müzakirələrin yekununda "Orta Şərqdə artan gərginlik" adlı qətnamə səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib. Qətnamədə İsrailin gəmilərə hücumu ilə beynəlxalq hüququ pozduğu bildirilib, bu ölkənin beynəlxalq istintaqı rədd etməsi qınanıb və tələbin dərhal yerinə yetirilməsi istənilib. AŞ PA-nın qətnaməsində İsrailin Qəzzaya tətbiq etdiyi mühasirənin qaldırılması tələbi də əksini tapıb. İsrailin Şərqi Qüds də daxil olmaqla işğal etdiyi bölgələrdə yeni yaşayış məskənləri salmasına son verməyi tələb edən AŞ PA Qəzzaya yardım gəmilərinə hücumdan sonra Orta Şərqdə gərginliyin artması ilə bağlı ciddi narahatlıqların davam etdiyi vurğulanıb. AŞ PA toplantısında Türkiyə nümayəndə heyətinin rəhbəri və üzvləri İsraili qınayan çıxışlar səsləndiriblər.

  

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü