Modern.az

Azərbaycan prezidenti Bolqarıstan prezidenti ilə görüşüb

Azərbaycan prezidenti Bolqarıstan prezidenti ilə görüşüb

Təhsil

30 İyun 2010, 16:30

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov və xanımı Zorka Pırvanova ilə birgə görüşü olub. Dövlət başçısı və xanımı Bolqarıstan Prezidentini və xanımını sarayın həyətində qarşılayıblar. (AzərTAc).
Sonra birgə görüş olub. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, energetika və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli səfərlərin əhəmiyyətinə toxunulub. Bolqarıstan Prezidentinin Azərbaycana işgüzar səfərinin əlaqələrimizin genişlənməsi baxımından önəmi qeyd olunub. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü