Modern.az

Hillari Klinton: "Rusiya Gürcüstanın işğalına son qoymalıdır"

Hillari Klinton: "Rusiya Gürcüstanın işğalına son qoymalıdır"

Təhsil

5 İyul 2010, 19:30

"Rusiya Medvedev - Sarkozi razılaşması çərçivəsində götürmüş olduğu öhdəçiliyə əməl etməli və qoşunlarını Gürcüstandan çıxarmalı,  Gürcüstanın işğalına son qoymalıdır". Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Tiflisdə səfərdə olan ABŞ-ın dövlət katibi Hilari Klinton Gürcüstan prezidenti Mixail Saakaşvili ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.  Klinton bəyan edib ki, Gürcüstana Birləşmiş Ştatların Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini  bir daha təsdiqlmək üçün gəldiyini deyib. “Mən Gürcüstana bu ölkənin ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyimizi bir daha qeyd  etmək üçün gəlmişəm. Biz təsir dairəsi tanımırıq”,-deyə Klinton bildirib.

Klinton qeyd edib ki, Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı məsələnin nə zaman həll olunacağını bilmir, lakin Gürcüstan demokratik dövlət quruculuğunu davam etdirməlidir. 

 

“Rusiya işğalı Gürcüstanın demokratiya və islahatlar yolunda hərəkətini dəyişə bilmədi və bu, çox yaxşıdır, yalnız demokratik inkişaf və güclü iqtisadiyyat Gürcüstanda münaqişələrin həllinə gətirib çıxara bilər - Gürcüstanın işğal olunmuş ərazilərindəki insanlar inkişaf etmiş Gürcüstana can atmalıdır”,-deyə xanım Klinton söyləyib.

 

Onun sözlərinə görə, Rusiya öz qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarmalıdır. “Biz bu zərurəti açıq surətdə qeyd etmişik və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”,-deyə Klinton əlavə edib. Klinton bəyan edib ki,  Amerika - Rusiya münasibətlərinin normallaşması Gürcüstan hesabına baş verməyəcək.  

 

Öz növbəsində prezident Mixail Saakaşvili bəyan edib ki,  Amerika Gürcüstanı Rusiya ilə münasibətlərin yaxşılaşmasına qurban verməməlidir. “ABŞ üçüncü ölkələrin maraqlarını özünün demokratik prinsiplərinə qurban verməməli və güzəştə getməməlidir. Rusiya ilə danışıqlar bütün demokratik aləmin və ABŞ-ın  prinsipləri ilə ziddiyyət təşkil etməməlidir”,-deyə Saakaşvili bildirib. 

“Biz Amerika prezidentinin Gürcüstanın işğalı barədə son bəyanatını qiymətləndiririk. Obama ilk prezident olaraq “Gürcüstanın işğalı” və “Gürcüstana hücum” ifadələrini işlətdi, baxmayaraq ki, əvvəllər yalnız qeyri-proposional qüvvə tətbiq olunmasından danışılırdı”.    

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü