Modern.az

“KQB” diriləcək

“KQB” diriləcək

Təhsil

14 İyul 2010, 09:46

Amerika və Rusiya arasında dərinləşməkdə olan casus qalmaqalı  qorxulu perspektiv vəd edir.   Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyada yenidən “KQB” kabusu baş qaldıra bilər.  “Novaya qazeta”  qeyd edir ki, Amerika və Rusiya arasında başlamış casus qalmaqalı Rusiya Əks Kəşfiyyat İdarəsində ciddi kadr dəyişikliklərini qaçılmaz edib.  Qəzet casus olayının sovet kəşfiyyat təşkilatı “KQB”-nin yenidən doğulmasına səbəb olacağını qeyd edir. Hərbi ekspert Pavel Felengaauer yazır ki, Amerikada ifşa olunmuş 11 rus casus Rusiyada amerikalılara işləyən 4 rus casusla dəyişdirildi. Hazırda onların dindirilməsi gedir. Lakin onun fikrincə, casus məsələsi təkcə Rusiyanı rəzil etməyib. Eyni zamanda Rusiya milli təhlükəsizliyin əsaslarını ciddi şəkildə və uzun müddətə sarsıdıb. Onun sözlərinə görə,  gərginlik aradan qalxdıqdan sonra Rusiya Əks Kəşfiyyat İdarəsində kadr dəyişikliyi baş verəck. Keçmiş sovet dönəmində olduğu kimi əks kəşfiyyat idarəsi Federal Təhlükəsizlik Xidməti ilə birləşə bilər. Bu olay isə böyük və qorxunc “KQB”-nin təkrarən doğulmasına xidmət edə bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü