Modern.az

Beynəlxalq Məhkəmə Kosovonun müstəqilliyini qanuni elan edib

Beynəlxalq Məhkəmə Kosovonun müstəqilliyini qanuni elan edib

Təhsil

23 İyul 2010, 12:53

Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi Kosovonun müstəqillik elan etməsinin beynəlxalq qanunları pozmadığına dair qərar çıxarıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, Beynəlxalq məhkəmə Kosovonun çoxluq təşuil edən alban icması və serb qüvvləri arasında 9 il əvvəl baş vermiş müharibədən sonar ilk dəfədir ki belə bir qərar qəbul edir. Beynəlxalq Məhkəmənin sədri Xisasi Ovada qeyd  edib ki, beynəlxalq hüquqda “müstəqilliyin elan olunmasına qadağa yoxdur”.

 

Bir sıra Qərb ölkələri  Kosovonun müstəqilliyini tanıyıb. Serbiya və  onun müttəfiqi Rusiya bu qərardan imtina ediblər.

Beynəlxalq Məhkəmənin qərarından sonra ABŞ Avropa dövlətlərini Kosovonun müstəqilliyini tanımağa çağırıb. Avropa Birliyi isə qərarı alqışlayaraq  alban və serbləri dialoqa dəvət edib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü