Modern.az

Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə tədbir keçirəcək

Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə tədbir keçirəcək

Qarabağ

11 Avqust 2010, 18:25

Avqustun 12-i saat 15:00-da Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi çərçivəsində «dəyirmi masa» keçiriləcək. MŞ-nin yeni ofisində baş tutacaq tədbirdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif edilən əlavə və düzəlişlər müzakirə mövzusu olacaq.

Xatırladırıq ki, hər iki qurum bu ilin martında jurnalistlərin peşə davranışı qaydalarını təkmilləşdirmək və diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləmək üçün birgə layihəyə start verib. Layihə çərçivəsində bu ay iki «dəyirmi masa»nın təşkili nəzərdə tutulur.  Bunlardan birincisi avqustun 12-də, digəri isə ayın sonunda baş tutacaq. Sentyabrın ilk ongünlüyündə isə beynəlxalq ekspertlərin də iştirakı ilə konfransın keçirilməsi planlaşdırılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü