Modern.az

İstilər davam edəcək

İstilər davam edəcək

12 Avqust 2010, 15:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə,  avqustun 12-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 37-39, bəzi yerlərdə 41, axşam isə 29-31 dərəcə isti təşkil edəcək.

Avqustun 13-də hava şəraitinin günəşli olacağı, şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 23-27, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə isti müşahidə olunacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 30-31 dərəcə isti olacaq.

Avqustun 14-də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi, şimal-şərq küləyinin əsəcək.
Havanın temperaturu gecə 24-27, gündüz 36-38, bəzi yerlərdə isə 40 dərəcə isti olacaq.
Avqustun 15-də də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-27, gündüz 36-38, bəzi yerlərdə isə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Avqustun 13-də hava şəraitinin yağmursuz keçəcəyi, şərq küləyinin əsəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 21-26, gündüz 37-39, bəzi yerlərdə 41, dağlarda isə gecə 16-20, gündüz 28-33 dərəcə isti təşkil edəcək.

Avqustun 14-15-də hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 20-25, gündüz 36-38, bəzi yerlərdə 40, dağlarda isə gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü