Modern.az

Pakistanın Azərbaycandakı Səfirliyi yardım istəyir

Pakistanın Azərbaycandakı Səfirliyi yardım istəyir

Təhsil

13 Avqust 2010, 13:06

Pakistanın Azərbaycandakı səfirliyi respublikamızdakı iş adamlarına, ticarət strukturlarına və vətəndaşlara daşqınlardan zərərçəkmiş pakistanlılara yardım göstərilməsi xahişi ilə müraciət edib.
Səfirliyin məlumatında deyilir ki, bu ölkənin hökuməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Pakistana bir milyon dolalr vəsait ayırdığına görə, Azərbaycana minnətdarlığını bildirib. Amma yardımlara yenə ehtiyac duyulur.

Pakistan Milli Bankının Bakı filialında (İstiqlaliyyət küçəsi, 41) 4501000000203000 nömrəli hesab açılıb.  Zərərçəkənlərə kömək etmək arzusunda olanlar bu hesaba yardım köçürə bilərlər.

Pakistanda daşqınlar ölkəyə çox ciddi ziyan vurub. İki minə yaxın insan daşqınların qurbanı olub, minlərlə adam zərər çəkib, beş min kənd tamamilə dağılıb, təxminən, 14 milyon insan ev-eşiyini itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü