Modern.az

Putin “Cənub axını”nın iflasa uğradığını və Avropanın qələbə qazandığı BƏYAN ETDİ

Putin “Cənub axını”nın iflasa uğradığını və Avropanın qələbə qazandığı BƏYAN  ETDİ

1 Dekabr 2014, 22:25

“Rusiya “Cənub axını” layihəsinin reallaşdırması istiqamətində işləri davam etdirə bilmir. Biz indiyə qədər Bolqarıstandan icazə ala bilməmişik. Hesab edirik ki, bu şəraitdə Rusiya “Cənub axını” layihəsinin gerçəkləşməsini davam etdirə bilməyəcək”.

Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bunu Türkiyədə səfərdə olan Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Rusiya prezidenti bildirib ki, indi əsas məsələ Qara dənizdə boru kəmərinin tikintisinə çıxmaqdır. Putin söyləyib ki, lakin məsələ ilə bağlı Bolqarıstandan icazə ala bilmirlər. “Biz Bolqarıstana təklif etmişik ki, Avropa Birliyindən “Cənub axını” layihəsi üzrə itirilən gəlirlərin kompensasiyasını tələb etsin. Avropa Birliyinin “Cənub axını” ilə bağlı tutduğu mövqe qeyri-konstruktivdir. Buna görə Rusiaydan enerju resurslarının başqa regionlara axınları problem olur. Avropa Birliyi bunu reallaşdırma istəmirsə, deməli bu reallaşmayacaq”,-deyə Putin bildirib.  

Qeyd edək ki, “Cənub axını” çərçivəsində qaz kəmərinin tikintisi haqqında saziş “Qazprom” və “Bolqar energetik holdinq” arasında 2009-cu ildə imzalanıb. Layihədə Bolqarıstanda tikiləcək boru kəmərləri vasitəsilə Rusiya qazının Mərkəzi və Cənubi Avropaya illik qaz tədarükü həcminin 63 milyard kub metrə qədər artırılması nəzərdə tutulurdu.

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü