Modern.az

Barak və Mişel Obama barədə sevgi filmi çəkilir

Barak və Mişel Obama barədə sevgi filmi çəkilir

Dünya

8 Dekabr 2014, 11:06

ABŞ-da prezident Barak Obamanın həyat yoldaşı Mişellə necə tanış olmasından bəhs edəcək romantik bədii film çəkilir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, filmdə Harvard Universitetinin hüquq fakültəsində təhsil alan Barak Obmanın ölkənin indiki birinci ledisi Mişel Robinsonla bir-birinə aşiq olmaları təsvir olunacaq.

Mişel Robinson rolunu aktrisa Tika Sampterin oyanyacağı məlumdur. Lakin prezident Obamanın obrazını ekranda canlandıracaq aktyorun seçimi hələ müəyyənləşməyib.  

Barak və Mişel Obama cütlüyü 1992-ci ildə ailə həyatı qurub. Bəzi Amerika qəzetləri isə cütlüyün 20 illik münasibətlərində böhranın baş verdiyini və onların artıq boşanma barədə düşündüklərini xəbər verir.  









Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü