Modern.az

700 bal toplayan abituriyentlərin yeddincisi

700 bal toplayan abituriyentlərin yeddincisi

20 Avqust 2010, 17:37

Bu il ali məktəblərə qəbul imtahanlarında 7 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Qeyd edək ki, IV ixtisas qrupu üzrə 3 nəfər, I ixtisas qrupu üzrə 2 nəfər, II ixtisas qrupu üzrə 2 nəfər 700 bal toplayıb. Yalnız III ixtisas qrupundan heç kim 700 bal toplaya bilməyib.

Modern.az  onların altısını oxuculara tanıtmışdı. Bu gün sonuncu-yeddinci 700 bal toplayan abituriyenti təqdim edirik.

700 bal toplayaraq tələbə adını qazanan Məmmədli Nəriman İsmixan oğlu 1992-ci il dekabrın 21-də Bakı şəhərində hərbiçi ailəsində anadan olub. 1999-cu ildə Bakıdakı 175 nömrəli orta məktəbin birinci sinfinə gedib, dördünci sinfə kimi burada oxuduqdan sonra Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində təhsilini davam etdirib.

Nəriman Məmmədli bu liseydə oxuduğu 7 il ərzində yüksək biliklə yanaşı, nümunəvi əxlaqi keyfiyyətlər də qazanıb. Liseydə mövcud olan güclü nizam-intizam, şagirdlər arasında sağlam rəqabətin yaranmasına imkan verib. Sözsüz ki, bu rəqabət verilmiş dərs materiallarının yüksək səviyyədə mənimsənilməsinə şərait yaradıb.
Elə bunun nəticəsidir ki, Nəriman Məmmədli IX-X siniflərdə oxuyarkən "Araz" kursunun keçirdiyi bilik yarışlarında iştirak edərək birinci yeri tutub. N.Məmmədlinin sözlərinə görə, iştirak etdiyi sınaq imtahanlarında o, həmişə 680-700 bal toplayıb.
Bu uğurun qazanılmasında Nəriman ona dərs deyən müəllimlərinə minnətdardır.
2010-cu ildə Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyini fərqlənmə attestatı ilə bitirən Nəriman ali məktəbə qəbul olunmaq üçün sənədlərini I ixtisas qrupuna verib və yüksək bilik nümayiş etdirərək 700 bal toplayıb.

Nəriman ixtisas seçimi zamanı ərizəsində Qafqaz Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını göstərib.

Artıq tələbə adını qazanan Nəriman Məmmədli deyir ki, qazandığı bu uğura görə ilk növbədə ona dördüncü sinfə kimi dərs demiş sinif rəhbəri Solmaz müəlliməyə, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bekdaşoğluna və valideynlərinə göstərdikləri qayğıya görə minnətdardır.

Qəbul imtahanında 700 bal toplayan bu gəncin ən böyük arzusu seçdiyi ixtisas üzrə xarici ölkə universitetlərinin birində dövlət xətti ilə təhsil almaqdır. Nəriman Məmmədli deyir ki, xaricdə oxuduqdan sonra vətənə qayıdaraq, layiqli kadr kimi müstəqil Azərbaycan Respublikasına qulluq etməkdir. 

Sənubər Qurbanova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü