Modern.az

Türk tələbənin qatilinə 70 il həbs verildi

Türk tələbənin qatilinə 70 il həbs verildi

Dünya

13 Fevral 2015, 12:58


ABŞ-ın Montanha ştatında türk əsilli almaniyalı tələbə Diren Dedenin qətli ilə bağlı hay-küylü məhkəmə işi başa çatıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə tələbənin qatili 29 yaşlı Makus Kaarma 70 il müddətinə azaqdlıqdan məhrum edilib. İstintaq müəyyən edib ki, Kaarma evini oğrular üçün “tələ”yə çevirib. Bu məqsədlə qarajının qapılarını açıq saxlayan Kaarma ora oğruları cəlb etmək üçün qadın çantası qoyub. Qaraja həm də müşahidə kamerları və xəbərdarlıq siqnalları yerləşdirib. 2014-cü il aprelin 27-də Almaniyanın Hamburq şəhərindən tələbə mübadiləsi çərçivəsində Montana ştatına gələn Diren Dede qaraja daxil olarkən Kaarma tərəfindən 4 güllə ilə qətlə yetirilmişdi. Məhkəmədə qatil ştatın şəxsi mülkiyyəti qorumaq üçün odlu silhdan istifadə etməyə icazə verdiyini və buna görə azad olunmasını tələb edib. Lakin məhkəmə Kaarmanın əməllərini “qəsdən adam öldürmə” kimi dəyərləndirib və 70 illik həbs cəzası verib.

Modern.az    

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var