Modern.az

Mərkəzi Kəşfiyyat İdarəsi haqqında şok İDDİA

Mərkəzi Kəşfiyyat İdarəsi haqqında şok İDDİA

Dünya

16 Fevral 2015, 23:27

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 2005-ci ildən 2006-cı ilə qədər İraqda naməlum satıcılardan  zəhərləyici maddələrdən ibarət raketlər alıb. Modern.az saytının verdiyi xəbərə görə bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə ABŞ hərbi qulluqçularının nəzarətində olan İraqda 1980-ci illərdə məhv edilmiş 400 raket alınıb. Nəşr yazıb ki, raketlərin çoxu  pis vəziyyətdə olub və insan üçün o qədər də təhlükə yaratmayıb. Bununla belə qəzet bildirib ki, digər raketlər isə siniri iflic edən zəhərli maddələrlə zəngin olub.  

Bəzi rəsmi şəxslər hesab edir ki, bu cür zəhərli resurslar eyni mənbədən alınıb. Lakin ABŞ-ın həmin silahlara nə qədər pul xərclədiyi və onları kimdən aldığı haqqında məlumat yoxdur.  

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü