Modern.az

Prezident özünün, baş nazirin, baş prokurorun maaşını 10% azaltdı

Prezident özünün, baş nazirin, baş prokurorun maaşını 10% azaltdı

Dünya

6 Mart 2015, 13:03

Rusiya prezidenti Vladimir Putin mart aynının 1-dən aylıq əmək haqının 10% azaldılması barədə sərəncam verib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə sərəncam Kremlin rəsmi saytında yerləşdirilib. Putin özü ilə yanaşı, baş nazir Dmitri Medvedev, baş prokuror Yuri Çayka və istintaq komitəsinin sədri Aleksandr Bastıkinin də aylıq vəzifə maaşlarını 10% azaldıb.

Qeyd edək ki, 2014-cü il aprelin 14-də Vladimir Putin prezidentin və baş nazirin əmək haqlarının 2,65 dəfə artırılması barədə sərəncam vermişdi.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü