Modern.az

ABŞ prezidentliyinə namizəddən sensasion AÇIQLAMA: "Yeni yaradılacaq dövlətin sərhədini müəyyən etmişəm"

ABŞ prezidentliyinə namizəddən sensasion AÇIQLAMA: "Yeni yaradılacaq dövlətin sərhədini müəyyən etmişəm"

Dünya

12 Mart 2015, 10:17

 

Amerika Birləşmiş Ştatlarında 2016-cı ildə keçiriləcək prezident seçkisində dövlət başçısı postuna real namizədlərdən biri sayılan  Rand Paul Türkiyənin ərazi bütövlüyünə zidd açıqlaması ilə diqqət çəkib.  

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə senator bildirib ki, kürdlərin öz dövlətlərini qurmaq haqları var və bunun üçün imkan yaradılmalıdır. Senator artıq nəzərdə tutduğu kürd dövləti üçün özünün  planlarının olduğunu da açıqlayıb:  

“Mən  yeni yaradılacaq Kürdüstan üçün yeni sərhədlər müəyyən edəcəyəm. Onlara yeni bir ölkə söz verirəm”,-deyə Randa Paul söyləyib. ABŞ-ın İŞİD-ə qarşı mübarizədə kürdlərə verdiyi  dəstəyin lazımi səviyyədə olmadığını vurğulayan amerikalı siyasətçi hansı dövlətlərin ərazilərindən “Kürdüstana” pay verəcəyini də dilə gətirib.

“İnanıram ki, əgər onlara öz dövlətlərinin qurulacağını vəd etsək, onlar ölümünə döyüşəcəklər. Əlbəttə ki, bunu söyləmək reallaşdırmaqdan daha asandır. Yeni bir ölkənin sərhədlərini müəyyən etmək üçün Türkiyə, İraq və Suriyadan ərazilərin alınması lazım olacaq”  

Qeyd edək ki, Randa Paul ABŞ-ın Respublikaçılar Partiyasının üzvüdür.  

Aqşin Kərimov


Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü