Modern.az

“Aerobus”u bədbəxt sevgi məhv edib

“Aerobus”u bədbəxt sevgi məhv edib

27 Mart 2015, 23:21


Fransanın cənubunda qəzaya uğrayan “Lufthansa” hava şirkətinə məxsus təyyarənin ikinci pilotu Andreas Lyubits hadisədən əvvəl nişanlısından ayrılıb. Modern.az bildirir ki, bu haqda “The Daily Mail” qəzeti xəbər verib. Qəzetin iddiasına görə, 28 yaşlı pilot sevdiyi qızdan faciədən bir neçə həftə əvvəl ayrılıb və bu ayrılıqdan çox ciddi sıxıntı keçirib. Adaxlanan cütlük gələn il toy mərasimi keçirməyi planlaşdırıblar.

Martın 26-da axşam Almaniya polisi Andreas Lyubitsanın əvvəllər qız rəfiqəsi ilə birgə yaşadığı Düsseldorfdakı, eləcə də onun Frankfurtdakı valideynlərinin evində axtarış aparıb. “Biz nəsə tapmışıq və indi müayinəyə göndərmişik. Biz indi heç nə deyə bilmərik, bu çox ciddi məlumat sızıntısı ola bilər”, - Düsseldorf polis idarəsindən bildirilib.

Bununla belə, qeyd edilib ki, tapılan özümqabağı məktub deyil. Qəzet isə müəyyən edib ki, Düsseldorfdakı mənzildə axtarış zamanı kompüter, noutbunk və fayllar götürülüb.

Bu gün məlum olub ki, Lyubits depressiyadan əziyyət çəkib və son 6 ayda psixiatr yanında müalicə keçib.

Bundan əvvəl Marsel şəhərinin prokuroru Bris Roben bəyan edib ki, qara qutudakı yazı “Aerobus”un qəzaya uğramasında ikinci pilot Andreas Lyubitsin günahkar olub. Müstəntiqlər güman edirlər ki, o, kabinəni içəridən bağlayıb və ora ekipaj komandiri girə bilməyib, sonra isə təyyarəni aşağı endirib.

Barselonadan Düsseldorfa uçan “Aerobus A320” təyyarəsi martın 24-də Fransanın cənubundakı dağlıq əraziyə çırpılıb. Bu zaman təyyarədəki 144 sərnişin və 6 ekipaj üzvünün hamısı həlak olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü