Modern.az

Ağ evdə işıqlar sönüb

Ağ evdə işıqlar sönüb

Dünya

8 Aprel 2015, 01:47


ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Ev, Kapitoli, Dövlət Departamenti və Ədliyyə Nazirliyi də daxil olmaqla bir sıra strateji dövlət binaları qəza nəticəsində işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsi nəticəsində Dövlət Departamentinin gündəlik brifinqi təxirə salınıb. Kapitoli ehtiyat enerji təminatına keçib. Bəzi binalarda işıq problemi qısamüddətli olub və bir neçə dəqiqədən sonra bərpa edilib.
İTAR TASS-ın məlumatına görə, qısa fasilədən sonra Ağ Evə enerji verilməsi bərpa olunub.
Qəzanın səbəbləri araşdırlarkən Vaşinqtona yaxın ərazidə yerləşən Marylandda partlayış baş verdiyi məlum olub.

Paytaxtın bəzi yerlərində 2 mindən çox bina da işıqsız qalıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü