Modern.az

Kamil insan, unudulmaz müəllim, sabiq deputat - Zakir Sərdarov - FOTOLAR

Kamil insan, unudulmaz müəllim, sabiq deputat - Zakir Sərdarov - FOTOLAR

Mədəni̇yyət

16 Aprel 2015, 13:40


1992-ci ilin noyabrında Heydər Əliyevi dəstəkləyən siyasi partiyanın-Yeni Azərbaycan Partyasının təməlləri atılanda bu qurumu elan edənlərdən biri də dəyərli ziyalı, istedadlı alim Zakir Sərdarov idi. O, sonradan Heydər Əliyevin "YAP-ın qızıl fondu" adlandırdığı məşhur "91-lər" hərəkatının üzvlərindəndir. Heydər Əliyev tərəfdarlarının təqib olunduğu bir vaxtda onun ideyalarını qorxmadan təbliğ edənlər sırasında ddımlayan Zakir Sərdarov Azərbaycanın siyasi arenasında dəyişikliyin baş verəcəyini qabaqcadan görürdü.

Zakir Sərdarov sağlığında böyük hörmət-izzət sahibi olan, haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirəsində kamil insan, sədaqətli dost, vətənpərvər ictimai-siyasi xadim, unudulmaz müəllim və qayğıkeş ailə başçısı kimi qalıb.

Modern.az-ın məlumatına görə, Zakir Sərdarov 1943-cü il dekabrın 31-də qədim yurd yerimiz olan Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Yanıqtəpə kəndində qulluqçu ailəsində anadan olub.

Aldığı mükəmməl təhsil Zakir müəllimi bütöv şəxsiyyət kimi fomalaşdırmışdı. O, 1962-ci ildə Azərbaycan Pedagoji İnstitutunun tarix-filologiya fakultəsinə daxil olub. Yaradıcılıq həvəsi olduğundan gənc yaşlarında "Xəzər dənizçisi" qəzetində əmək fəaliyyətinə başlayıb.

Tanıyanlar deyirlər ki, Zakir Sərdarovu elə institut illərindən pinsipial, çalışqan, əqidəli, sözübütöv şəxsiyyət kimi görüblər.

Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş Zakir Sərdarov bir il Salyan rayonunda müəllim işləyib. Yazıb-yaratmaq həvəsi günü-gündən artan Z.Sərdarov tezliklə əyalətdən Bakıya gəlib.

1969-1971-ci illərdə Azərbaycan Jurnalistlər İttifaqında ədəbi işçi, eyni zamanda, Bakı Bədən Tərbiyəsi Texnikumunda müəllim işləyib. 1971-1984-cü illərdə "Gənc müəllim" qəzetinin redaktoru vəzifəsində yazıb-yaradıb, daim ictimai problemləri vicdanlı sözlə qələmə alıb, haqqı əzilənin tərəfini verməyib.

Daha sonra məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji İnsititutunda işləməyə başlayıb

1982-ci ildə “SSR-in Bolqarıstan Xalq Respublikası ilə iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığına Azərbaycan SSR-in töhfəsi” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

Elmi işini əzmlə davam etdirən Zakir müəllim müxtəlif arxivlərdə milli tariximiz üçün son dərəcə dəyərli fatkları, sənədləri üzə çıxarıb. Bunların əsasında 3 kitab, 150-dən artıq elmi məqalə qələmə alıb. O, məqalələrində erməni separatizminin iç üzünü açmağa da çalışıb.

Zakir Sərdarovun elmi kadrların hazırlanmasında xidmətləri olub.

Zakir Sərdarov hələ 80-ci illərdən məkrli erməni yalanlarına qarşı çıxan, əsərləri ilə erməni yalanlarını təkzib edən alimlərdən idi. Vətənpərvər alim ermənilərin qədim türk yurdu İrəvana və Qarabağa köçürülmə xalq olduğunu yazır, imperiya ideoloqlarının siyasətini ifşa edirdi.

1990-cı illərdə Sovet imperıyasının işğalçılıq siyasətinə qarşı çıxdıqlarına görə o zaman Bakı şəhərinin hərbi komendantı, polkovnik Valeri Bünyadov Zakir Sərdarovu, Səfyar Musayevi, Fərəməz Maqsudovu iki günlük həbs etdirib.

Qeyd etdiyimiz kimi, Zakir Sərdarov Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib. Heydər Əliyevə müraciət imzalamış “91-lər”dəndir. Həyat fəaliyyətindən də məlum olur ki, o, qatı Heydər Əliyevçi olub. Heydər Əliyev Naxçıvanda olduğu zamanlarda dəfələrlə onun yanına gedıb, məsləhətlər alıb.
O, vaxtilə Milli Məclisin qarşısında yaş senzinin aradan qaldırılması üçün  keçirilən mitinqlərdə fəal iştirak edib.

1995-ci ildə Heydər Əliyevin siyasi iradəsi ilə ölkənin Konstitusiyası qəbul edildi, ümumxalq səsverməsi ilə seçilmiş müstəqillik dövründə Milli Məclisin ilk tərkibi seçildi. Zakir Sərdarov da birinci cağırış parlamentə 24 saylı Nəsimi dairəsindən üzv seçildi.
O, millət vəkili kimi də fəallıq göstərib, seçicilərinin problemlərinə daim yardımçı olub. Zakir Sərdarov Milli Məclisin tribunasından, deputat mandatının verdiyi imkanlardan yalnız dövlətçiliyin güclənməsi, Heydər Əliyev ideyalarının yayılması üçün istifadə edib, şəxsi problemlərini heç zaman qabartmayıb.

Zakir Sərdarov 1999-cu il dekabrın 1-də rəhmətə gedib. Mərhum II Fəxri Xiyabanda dəfn olunub.

Mərhumun iki oğlu, iki qızı, səkkiz nəvəsi var. Oğlanlarının ikisi də polis orqanlarında çalışır. Böyük qızı Pedaqoji Universitetdə müəllimə işləyir, kiçik qızı həkimdir.















A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır