Modern.az

Parlamentin ən uzunömürlü üzvü yenidən namizədliyini irəli sürüb

Parlamentin ən uzunömürlü üzvü yenidən namizədliyini irəli sürüb

Parlament

20 Sentyabr 2010, 13:21

Milli Məclisin ən uzunömürlü deputatı Madər Musayev qarşıdakı parlament seçkilərin’ də qatılacaq. O, artıq namizədliyini irəli sürüb. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətindən bildiriblər. Hacı Madər yenidən onun üçün doğma olan 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə deputat olmaq istəyir. 
Deputat öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Millət vəkili artıq sənədlərini DSK-ya təqdim edib və imza vərəqələrini alıb.

Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. «Şöhrət» ordeni ilə təltif edilib.
1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə «Bahar» ticarət mərkəzinin müdiri vəzifəsində çalışib. Bitərəfdir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası həmin dairədən Məlahət İbrahimovanın namizədliyini dəstəkləyir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü