Modern.az

İŞİD peşmərgələrin generalını partlatdı

İŞİD peşmərgələrin generalını partlatdı

12 May 2015, 16:14

İraqın Kərkük şəhərinin şimal-qərb səmtində regional kürd ordsunun generalı Saleh Delmani və onu müşayiət edən 3 mühafizəçi həlak olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış zamanı peşmərgə generalı Delmani İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə üzbəüz yerləşən ordu mövqelərini təftiş edirdi. Partlayışdan sonra heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, onun arxasında İŞİD-in dayandığı məlumdur.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü