“Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə diskussiyalarımız açıq olub, Ukrayna, İran və Suriyanı müzakirə etmişik”.
Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri özünün Twitter mikrobloqunda bəyan edib:
“Vacib məsələrlə bağlı Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla açıq diskussiya apardıq, o cümlədən İran, Suriya və Ukraynada baş verənləri müzakirə etdik”.
Kerri bəyan edib ki, aktual qlobal problemlərin həlli ilə məşğul olduqlarından ABŞ-la Rusiyanın bir-biri ilə əlaqə xətti vacibdir.
Modern.az