Modern.az

Qurultay keçiriləcək

Qurultay keçiriləcək

12 Avqust 2010, 16:40

Bakı Şəhər İcra Hakimiyyəti Cümhuriyyət Xalq Partiyasının qurultayının keçirilməsinə razılıq verib. Bu haqda xəbəri Modern.az-a partiyadan bildiriblər. Qeyd edilib ki, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi bir neçə gün əvvəl Bakı meriyasına müraciət edib.

 Meriya avqustun 11-də müraciətə müsbət cavab verərək, partiya ilə “Avropa” otelinin rəhbərliyi arasında razılıq əldə olunacağı təqdirdə qurultayın 14avqustda keçirilə biləcəyini qeyd edib. Cümhuriyyət Xalq Partiyasından bildiriblər ki, artıq otel rəhbərliyi ilə müvafiq razılıq əldə edilib və qurultay nümayəndələrinin 2010-cu il, 14 avqust tarixində qurultayda iştirak etməsi zəruri hesab olunur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü