Modern.az

Lütfi Zadə Elmlər Akademiyasında fəxri baş redaktor seçildi

Lütfi Zadə Elmlər Akademiyasında fəxri baş redaktor seçildi

Təhsil

23 İyun 2015, 15:24

Dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktoru seçilib.

Modern.az xəbər verir ki, dünya elmində inqilaba səbəb olan ona yaxın nəzəriyyənin banisi olan Lütfi Zadə bir çox xarici ölkənin elmlər akademiyasının üzvüdür. Onlarla xarici dövlətin və ictimai təşkilatın fəxri doktorudur.

Hazırda Berkli şəhərində İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu fəaliyyət göstərir. 94 yaşlı alimin özü də hazırda orada yaşayır.

Elmin NURİ

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü