Modern.az

Türkiyədən İŞİD-ə qoşulmağa gedərkən tutulanların sayı açıqlandı - Azərbaycanlılar da var

Türkiyədən İŞİD-ə qoşulmağa gedərkən tutulanların sayı açıqlandı - Azərbaycanlılar da var

Dünya

23 İyul 2015, 12:40



İŞİD-ə qoşulmaq üçün Suriya sərhədindən keçmək istəyən və Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulanların sayı açıqlanıb.

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin məlumatına görə, 2014-cü ildə Suriya sərhədindən qanunsuz yolla 5 min 450 nəfər keçmək istəyib. 2015-ci ilin ilk altı ayında isə 9 min belə qeyri-qanuni yolla keçmək istəyən insan saxlanılıb.

İlk 6 ayda 468 “əcnəbi terror döyüşçüləri” saxlanılıb. 2014-cü ildə “əcnəbi terror döyüşçüləri” 992 nəfər idisə, 2015-ci ilin ilk 6 ayında bu rəqəm 468 olub.  Bunların əksəriyyəti isə Çin uyğurlarıdır. Əməliyyatlar nəticəsində Suriya sərhədində 241 çinli, 56 rus, 30 fələstinli, 29 türkmən, 13 ingilis, 12 fransız, 7 əfqan, 6 cənubi koreyalı yaxalanıb. O cümlədən İŞİD-ə qoşulmaq üçün Suriya sərhədindən keçmək istəyən 5 azərbaycanlı da yaxalanmışdı.

Aytən ZƏHRA

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü