Modern.az

Kadırov ona sui-qəsd edənlərdən danışdı: “Hamsını öldürmüşük, birindən başqa”

Kadırov ona sui-qəsd edənlərdən danışdı: “Hamsını öldürmüşük, birindən başqa”

Dünya

30 İyul 2015, 13:18


Çeçenistan rəhbəri Ramzan Kadırov ona qarşı təşkil edilən yeni sui-qəsd barədə danışıb.

Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Kadırov  jurnalistlərlə ünsiyyəti zamanı həyatına edilən çoxsaylı qəsdlərdən sonuncusunun 4 ay bundan öncə törədildiyini deyib.

“Ən çox 2003-2005-ci illərdə sui-qəsdlər təşkil olunub. Axırıncı dəfə 4 ay bundan əvvəl belə bir şey olub. Çernoreçye adlı ərazidə investisiya proekti gerçəkləşdiyi üçün tez-tez ora gedirəm. Sonuncu dəfə obyekti yoxlayan zaman yaxınlıqdakı boru xətti minalanıbmış”.

Kadırov onu öldürməyə çalşan qruplaşmanın yalnız bir üzvünün sağ qaldığını deyib.

“Həmin quldurlar Həmzət Bityukayevə tabe idilər. Bityukayev isə çox maraqlı, gülməli və gənc biri oğlandır. O, meşəyə qaçıb və orda tapşırıq alıb – Qroznıya get və Kadırovu öldür. Məni partladmaq istəyib. Biz hamısını öldürdük, təkcə Bityukayev sağ qaldı”.

Ramzan Kadırov başqa bir sui-qəsd faktının da üstünü açıb.

“Dağıstandan 2 gənc oğlan gəlmişdi. Onlar da teror aktı hazırlayırdılar. Sonra onları tutduq. Hiss olunurdu ki, kasıb ailədən idilər. Deyirəm, ailəndən danış. Oğlanlardan birinin atasını öldürüblər, qardaşını yaralayıbılar, anası isə 50 min rubl əməliyyat pulu tapmadığı üçün görmə qabiliyyətini 75%  itirib. Mən isə ona 100 min, dostuna isə 50 min rubl verib evlərinə yola saldım”.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü