Modern.az

MHP 4 şərtini açıqladı

 MHP 4 şərtini açıqladı

16 Avqust 2015, 23:35

 

Modern.az xəbər verir ki, Doğan TV-nin Ankara nümayəndəsi Hande Fırat CNN kanalına müsahibəsində Milliyətçi Hərəkat Partiyasının koalisiya danışıqları ilə bağlı şərtlərini açıqlayıb.

AKP-MHP-nin koalisiya görüşündən danışan Fırat ikincilərin hökumətin qurulması yönündə 4 şərti olduğunu bildirib.

Həmin 4 şərt belədir:

1. Konstitusiyanın ilk dörd maddəsini dəyişdirmək olmaz, hətta dəyişiklik üçün təklif belə olmaz. Bu, MHP-nin güzəştə getməyəcəyi şərtdir.

2. Həll prosesi (Kürdlərlə həll prosesi) nöqsansız və bəhanəsiz olaraq aradan qaldırılmalı, proses tamamilə ləğv edilməlidir, bununla bağlı olaraq müzakirələri qəbul etmirik.
 
3. Cəmiyyəti iflic edən, ədalət və əxlaq qaydalarını heçə sayan rüşvət və korrupsiya məsələləri (17-25 dekabr əməliyyatı) yenidən gündəmə gətirilməli və günahkarlar kimliyindən asılı olmayaraq cəzalandırılmalıdır.

4. Vəzifənin tələb etdiyi qanuni və hüquqi zəmində olması ilə yanaşı, hakimiyyət bölgüsü parlamentin prinspilərinə uyğun şəkildə aparılmalıdır. Bu, demokratiyanın mühafizəsi, sağlam bir koalisiya üçün əsas götürdüyümüz meyardır.(Axar.az)

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü