Modern.az

Suriya ordusu bazarı bombaladı - VİDEO

 Suriya ordusu bazarı bombaladı -  VİDEO

Dünya

17 Avqust 2015, 00:11

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya ordusunun hərbi təyyarləri Dəməşqin müxalifətin nəzarətində olan hissəsində yerləşən bazarı bombalayıb. Hava zərbələri nəticəsində ən azı 50 nəfər həlak olub.

Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı isə hücumda 58 nəfərin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlayıb.

Türkiyənin “Anadolu” agentliyi isə aralarında qadın və uşaqların da olduğu 67 nəfərin həyatını itirdiyini xəbər verib. Yaralanan 200 nəfərdən çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var