Modern.az

Baş nazir istefaya getdi

 Baş nazir istefaya getdi

21 Avqust 2015, 00:02

 

Modern.az xəbər verir ki, Yunanıstanın Baş naziri Aleksis Çipras hökumətin istefaya getdiyini açıqlayıb. Baş nazir ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçiriləcəyini bəyan edib.

Sentyabrda yeni seçkilərin keçiriləcəyini deyən baş nazir hədəfə nail ola bilmədiyini etiraf edib: “Bu gün ölkəmiz çox böyük problemlə qarşı-qarşıya qalıb. Bundan sonra iqtisadiyyatımız nəfəs alar, banklarımız rahat çalışar. İstədiyimizi edə bilmədik. Avropadakı hadisələri nəzərdən keçirdikdə, ən yaxşı razılığa nail olduq. Bu günə qədər etdiklərimi xalqın səsverməsinə buraxmaq istəyirəm. Bunun üçün prezidentə hökumətin istefasını təqdim edəcəyəm. 25 yanvarda qazandığım uğurun sonu çatdı. Siz bu çətin yolda Yunanıstana kimin rəhbərlik edəcəyinə qərar verəcəksiniz”.

Konstitusiyaya uyğun olaraq seçkilərin sonunadək hökumətə Yunanıstan Ali məhkəməsinin sədri Vasilika Tanu-Xristofilu başçılıq edəcək.

Yeni parlament seçkilərinin sentyabrın 20-də keçiriləcəyi planlaşdırılır.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü