Modern.az

DƏHŞƏT: yük maşınında 50 miqrantın meyiti tapıldı

DƏHŞƏT: yük maşınında 50 miqrantın meyiti tapıldı

27 Avqust 2015, 16:43

Avstriyanın şərqində yük maşınından 50 miqrantın cəsədi tapılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin ehtimala görə onlar boğularaq ölüblər. Bununla belə, Avstriya polisi araşdırmalarını davam etdirir.

Avropa miqrant axını ilə bağlı İkinci Dünya Müharibəsindən sonrakı ən böyük böhranı yaşayır. Təkcə bu ilin iyul ayında Avropa Birliyinin sərhədlərini 107,5 min qanunsuz miqrant keçib.

Macarıstan və Çexiya Şengen zonasının miqrantlar üçün qapalı elan olunmasını, Almaniya isə mühacirlər üçün qapı rolunu oynayan İtaliya və Yunanıstanda miqrant mərkəzlərinin yaradılmasını təklif edir.  

Vüqar İsmayılov   


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü