Modern.az

Parlamentdə qumbara partlatdılar - FOTOLAR

Parlamentdə qumbara partlatdılar - FOTOLAR

Dünya

31 Avqust 2015, 16:31


Ukrayna Ali Radasının binasında güclü partlayış baş verib. Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, güc strukturlarının 15-ə yaxın əməkdaşı yaralanıb. Polis əməkdaşlarına tərəf partlayıcı maddələrin atılması davam edir.

“Ali Radanı mühafizə edən hərbçilərin üstünə qumbara atılıb. Milli Qvardiyanın bir neçə hərbçisi yaralanıb. Onların həyatı təhlükədədir”, - bu haqda Ali Radanın deputatı, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko özünün Facebook səhifəsində yazıb.

Jurnalist Oksana Denisovanın verdiyi məlumata görə, xəsarət alanların sayı 30-a çata bilər.

Ali Rada binası qarşısına toplaşanlar Konstitusiyaya dəyişikliyə etiraz edirlər.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü