Modern.az

Nazim Məmmədov vətəndaşların zorla namizədin görüşünə gətirilməsinin qarşısını alıb

Nazim Məmmədov vətəndaşların zorla namizədin görüşünə gətirilməsinin qarşısını alıb

21 Oktyabr 2010, 14:00

104 saylı Gədəbəy seçki dairəsindən Təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş deputatlığa namizəd Nazim Məmmədovun seçki qərargahı inzibati metodlarla seçicilərin görüşlərə gətirilməsi faktını aşkar edib və bu barədə DSK-ya məlumat verib.

Bu barədə Modern.az-a millət vəkilinin özü məlumat verib. Onun sözlərinə görə, bələdiyyələrin YAP-ın namizədi Rafiq Məhəmmədhəsənovun Yeni Saratovkada keçirilən görüşünə adamları kütləvi şəkildə aparmasını özü də müşahidə edib. Yerli bələdiyyə sədri adamları təmizlik işlərinə cəlb etdiyini deyərək bunu seçki görüşü olmadığını desə də, sonradan onun yalan danışdığı bəlli olub. Millət vəkili həmin dairənin deputatı kimi inzibati resursların tətbiqinə etirazını bildirib və bunun dərhal dayandırılmasını tələb edib. Namizəd bununla bağlı DSK-ya müraciət edib.  

Məsələnin qəlizləşdiyini görən Dairə Seçki Komissiyasının rəhbərliyi  N. Məmmədova belə bir görüşün onun üçün də təşkil edə biləcəklərini bildirib. Lakin N. Məmmədov bundan imtina edib.  

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü