Modern.az

Bakılı nazir Şuşada nadir muzey açdı - FOTOLAR

Bakılı nazir Şuşada nadir muzey açdı - FOTOLAR

5 Sentyabr 2015, 14:42

Ermənistan işğal altında saxladığı Azərbaycan mədəniyytəinin beşiyi Şuşa şəhərində müxtəlif obyektlərin tikintisini davam etdirir. Eyni zamanda əcnəbilərə nümayiş etdirilməsi məqsədilə  müxtəlif təyinatlı obyektlər açılır. Bunlardan biri də Şuşada fəaliyyətə başlayan geoloji muzeydir.

Maraqlıdır ki, bütün Ermənistan siyasi elitasının açılış mərasiminə qatıldığı muzey keçmiş bakılı Qriqori Qabrielyants tərəfindən yaradılıb. Bu şəxsin kifayət qədər maraqlı bioqrafiyası var.

1934-cü ildə Bakının indiki “Xutor” adlanan ərazisində dünyaya gələn Qabrielyants hazırda “Dağlıq Qarabağ prezidentinin məsləhətçisi” vəzifəsində çalışır. 

SSRİ dövlət mükafatı laureatı, akademik, SSRİ-nin sonuncu geologiya naziri (1990-1991) olan Qabrielyants 90-cı illərin ortalarında Dağlıq Qarabağa köçərək, separatçılara öz xidmətlərini təklif etmişdi.

Qriqori Qabrielyants Dağlıq Qarabağın tərkindəki zəngin mineral və metal yataqlarının işlənməsində, müxtəlif kəşfiyyat araşdırmalarının aparılmasında və s. iştirak edib.

Şuşada açılan geoloji muzey isə bu torpaqlarda çıxarılmış mineral və nadir metal növlərinin əcnəbi və yerli insalara nümayiş olunması üçün təşkil olunub.

Qarabağın nadir mineral və metallarını indi muzeydə nümayiş etdirlir. Modern.az saytı həmin eksponatların fotolarını təqdim edir. 

















Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü