Modern.az

Milli Məclis gələn ilin büdcəsini təsdiq etdi və fəaliyyətini başa çatdırdı

Milli Məclis gələn ilin büdcəsini təsdiq etdi və fəaliyyətini başa çatdırdı

22 Oktyabr 2010, 13:18

Azərbaycan Respublikası III çağırış Milli Məclisi bu gün sonuncu iclasını keçirib. Modern.az saytının məlumatına görə, Milli Məclisin son plenar iclasında Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsini təsdiq edib. Səsvermədə 104 nəfər büdcənin lehinə, 5 nəfər əleyhinə tərəfdar olub.

Parlamentin iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2011-ci il üçün büdcəsi də təsdiqlənib.

Milli Məclis 2011-ci ilin dövlət büdcəsi zərfinə daxil olan «Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında» qanun layihəsini də təsdiqləyib.

Qeyd edək ki, 2011-ci ilin dövlət büdcəsinin gəlirləri 12 061 000,0 min manat, xərcləri 12 748 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11 613 958,2 min manat, yerli gəlirləri 447 041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11 440 460,0 min manat, yerli xərcləri 1 307 540,0 min manat) məbləğində nəzərdə tutulub.

Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi zərfində yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində nəzərdə tutulub.

2011-ci ilin dövlət büdcəsi layihəsində ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 75 manat məbləğində nəzərdə tutulub.

Beləliklə III çağırış Milli Məclisin iclasları yekunlaşıb. İclasın sonunda Milli Məclisin sədri Oqtay Əsədov noyabrın 7-də keçiriləcək parlament seçkisində iştirak edən, hazırda deputat olan namizədlərə uğurlar arzulayıb.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü