Modern.az

“Rusiya bunu əlində saxlamaq istəyir”

“Rusiya bunu əlində saxlamaq istəyir”

Aktual

30 Sentyabr 2015, 16:27

“Rusiya neçə vaxtdır ki, Ermənistandan özünə fortpost yaradıb. Rusiya istəyir ki, bu forpostu əlində saxlasın”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arif Rəhimzadə deyib.

Deputat bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə etimadı qalmayıb.  

Onun sözlərinə görə nə Qərb nə də Rusiya Qarabağ probleminin həll ediıməsində maraqlı deyil.  

“Heç biri Qarabağ konfliktinin ədalətli şəkildə nizamlanmasını istəmir. Qərb isə status-kvonun saxlanılmasında maraqlıdır. Bir sözlə, Qərbə Dağlıq Qarabağ münaqişəsinin həlli sərf etmir”.  

Arif Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan bütün bunlara baxmayaraq ikitərəfli əlaqələrə üstünlük verir və xarici siyasətində bunu əyani şəkildə nümayiş etdirir.

“Azərbaycan ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Biz region dövlətləri, o cümlədən Rusiya ilə əməkdaşlığımızı gücləndirmişik. Eyni zamanda Qərblə də əlaqələrimizi davam etdiririk”,-deyə o qeyd edib.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü