Modern.az

Obama Rusiyanın İŞİD-i bombalamasına qarşı çıxdı - GƏRGİNLİK ARTIR

Obama Rusiyanın İŞİD-i bombalamasına qarşı çıxdı - GƏRGİNLİK ARTIR

3 Oktyabr 2015, 10:38

“Rusiyanın Suriyada həyata keçirdiyi hava hücumları “İslam dövləti” (İŞİD) terror təşkilatını daha da gücləndirir. Bu əməliyyatlar konstruktiv müxalifəti məhv etməyə xidmət edir”.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə bunu Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Barak Obama deyib.

O bildirib ki, bu yaxınlarda Rusiya prezidenti ilə keçirdiyi görüşdə Suriya münaqişəsinin siyasi yolla həllindən başqa alternativ variantın olmadığını Vladimir Putinin diqqətinə çatdırıb.

Ağ Ev başçısı qeyd edib ki, Bəşər Əsədi dəstəkləmək üçün Suriya probleminin hərbi yolla həlli üsullarını axtarması Rusiyanı bataqlığa sürükləyəcək.  

Barak Obama  əlavə edib ki, Vladimir Putinə ABŞ-ın Rusiya və İranla  birgə Suriya konfliktinin nizamlanması üçün işləməyə hazır olduğunu bildirib. ABŞ lideri onu da bildirib ki, Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdən devriləcək:  

“Amerikanın Suriyadakı müxalif qrupları dəstəkləməkdə məqsədi münaqişənin hərbi yolla tənzimlənməsinə xidmət etmir. Bunu  daha əvvəllər də bəyan etmişəm.

Çünki Suriya rejimi sonda devriləcək, buna görə də konstruktiv müxalifətlə əlaqədə olmağımız bizim xeyrimizə idi. Bəşər Əsəd devriləcək və buna görə də  bizim Suriyada dağılmış parçaları toplayıb bir yerə yığa bilən bir qüvvəyə ehtiyacımız var”.  

Qeyd edək ki, Rusiya Federasiya Şurası ölkənin Silahlı Qüvvvələrinin Suriyada İŞİD mövqelərinə aviazərbələr endirmək üçün dövlət başçısı Vladimir Putinin istəyinə razılıq verib.

Bundan sonra isə, Rusiya bombardmançı təyyarələri Suriyada hərbi hava ənəliyyatlarına başlayıb.  

Lakin Qərb hava zərbələri zamanı mülki əhalinin də ölməsini əlində bayraq tutaraq Rusiyanın İŞİD-ə qarşı apardığı əməliyyatların problem yaradacığını bildirir.  

Bununla bağlı artıq 7 ölkə - ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Türkiyə  Qətər, Səudiyyə Ərəbistanı Rusiyaya qarşı birgə bəyanata yayıblar.  

Aqşin Kərimov    

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü