Modern.az

Bu gün ABŞ-da Konqres seçkiləri keçirilir, Obamanın partiyası uduza bilər...

Bu gün ABŞ-da Konqres seçkiləri keçirilir, Obamanın partiyası uduza bilər...

2 Noyabr 2010, 11:00

Amerika Birləşmiş Ştatları boyunca Konqres seçkiləri kampaniyası başa çatır. Səsvermə bu gün Bakı vaxtı ilə günorta saatlarında başlayacaq. Bu arada rəy sorğuları göstərib ki, Prezident Barak Obamanın Demokratlar Partiyası Nümayəndələr Palatasında nəzarəti itirə bilər və onların Senatda nəzarət uğrunda kampaniyasının da gərgin olacağı bildirilir. (BBC)

Prezident seçkilərində demokratlara səs vermiş amerikalıların çoxu artıq Obama adminstrasiyasından narazıdır. BBC-yə müsahibəsində 2009-cu ilədək Demokrat partiyasının sədri olmuş Hovard Diin bunun səbəbini belə açıqlayıb: "Əlbəttə, iqtisadiyyat insanların gözlədiyindən daha çətin oldu. Bu ən böyük problemdir. İkincisi, respublikaçılar hakimiyyətdə yox, müxalifətdə daha bacarıqlıdırlar - çox nizam-intizamlıdırlar, güclü mesajlarla çıxış edirlər". Üçüncüsü isə, deyib cənab Diin, "Ağ Evdə bəzi yüksək rütbəli şəxslərin əslində nələrin baş verdiyinə diqqət yetirmədiyini düşünürəm".

 

O, qeyd edib ki, demokratlar prezident Obama ilə bağlı çox həvəsli idilər, çünki onlar siyasətin dəyişməsini istəyirdilər.

 

Amma ona səs verən müstəqillər və respublikaçıların çoxu Vaşinqtonda işlərin yerinə yetirilməsində dəyişiklik istədilər və bu baş vermədi - deyib cənab Diin.

 

O, həm Konqresdə, həm də Senatda demorkatların çoxluq təşkil edəcəyinə inandığını deyib.

 

Bir çox respublikaçılar bu seçkilərdə populist və ultra konservativlərin Tea partiyası tərəfindən kölgədə qalıb. Adı "çay" kimi tərcümə olunan bu partiyanı dəstəkləyənlər, rəy sorğularına görə, əsasən ağlar və daha çox evli, yaşı 45-dən yuxarı olan kişilərdir.

 

Cənab Diin BBC-ə müsahibəsində deyib ki, demoqrafik dəyişiklər baş verdiyindən, yəni həmin insanlar qocaldığından bu, müvəqqəti fenomendir və gənclər Çay partiyasına səs vermirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı