Modern.az

Hacı Madər Musayev seçicilərinə səsləndi: “Düzgün seçim edəcəyinizə inanıram” ®

Hacı Madər Musayev seçicilərinə səsləndi: “Düzgün seçim edəcəyinizə inanıram”   ®

Təhsil

2 Noyabr 2010, 17:16

10 saylı Binəqədi üçüncü seçki dairəsi  üzrə bitərəf namizəd Madər Əliəsgər oğlu Musayev seçicilərlə növbəti görüş keçirib.
Görüş bu gün paytaxtın 9-cu mikrorayon ərazisində, Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun akt zalında seçiciləri ilə olub.

180-dən çox seçici qarşısında çıxış edən M.Musayevin vəkili Niyaz Niftiyev hazırda ölkənin ümumilli bir marafona hazırlşmasından danışıb. Parlament seçkilərinin xalqımızın tarixində müstəsna əhəmiyyəti olduğunu xatırladan N.Niftiyev Madər Musayevin Seçki Qərərgahının 10 saylı dairə ərazisində 20-dən çox görüş keçirdiyini vurğulayıb.

“Bütün bu görüşlərdə namizədimizin ötən illərdə gördüyü işlər barədə seçicilərə hesabat verilib. Biz M.Musayevin Seçki Qərərgahı olaraq, istər ötən seçkilərdə, istərsə də bu gün vəd verməmişik. M.Musayev növbəti dəfə deputat seçilərsə, vətəndaşların bütün qayğıları onun diqqət mərkəzində olacaq. Çünki Madər Musayev başqalarından fərqli olaraq insanlarla işləməyi və problemləri həll etməyi bacarır. Ötən beş ilə nəzər salsanız bunun əyani şahidi olarsınız. Yəni, bu müddətdə M.Musayev bir çox işlərin icrasına təşəbbüs göstərib və müsbət nəticə əldə olunub. Bu gün təbliğat-təşviqat kampaniyasında bəzi namizədlər əməkhaqqıların qaldırılması, yanacağın qiymətinin aşağı salınması və s. bu kimi yalan vədlər verirlər. Bu işlər birbaşa ölkə prezidentinin səlahiyyətinə aid olan məsələdir. Bununla ölkə baçısı yetərincə məşğul olur və biz də onu dəstəkləyirik. Ölkəmiz hazırda iqtisadi cəhətdən sürətlə inkişaf edir və bizim namizədimizin seçildiyi dairədə yaşayan insanlar da bundan faydalanırlar”-deyə, namizədin vəkili açıqlayıb.

Görüşdə çıxış edən rayon ağsaqqalı, sabiq millət vəkili Həsən Mirzəyev Madər Musayevin layiqli namizəd olduğunu söyləyib. “Madər Musayev parlamentdə xalqın xeyrinə təşəbbüs qaldıran hər bir deputatı birmənalı olaraq dəstəkləyib. Mən bunun canlı şahidi olmuşam. Təbiətcə az danışan Hacı Madər daim əməli işlərə üstünlük verib. O, Milli Məclisdə xalqın rifahı yönümündə atılan bütün müsbət addımlarda başlıca təşəbbüskarlardan olub. Şəxsən şahidi olduğum bir şey də var ki, M.Musayev deputat olduğu müddətdə öz seçiciləri üçün xeyli təqdirəlayiq iş görüb. Ona görə də, mən əməlinə yaxından şahidi olduğum insan kimi bütün seçiciləri noyabrın 7-də Madər Musayevi dəstəkləməyə çağırıram. Çünki, rayon camaatının bütün xeyr-şər işinə yarayan yeganə və əsl deputatlığa namizədi bu şəxsdir”,-deyə H.Mirzəyev bəyan edib.

Millət vəkili Astan Şahverdiyev də görüşdə çıxış edərək bildirib ki, Madər Musayev kimi bir deputatla eyni parlamentdə təmsil olunmaqdan qürur duyur. “Madər Musayev gördüyü işlərlə ölkədən kənarda da tanınır, bununla da dövlətin və xalqın başını uca edir. Azərbaycan iqtisadi cəhətdən artıq dünyanın neçə-neçə önəmli ölkələrini arxada qoyur. Bu dövlət başçısının apardığı siyasətin nəticəsidir. Belə siyasəti yerlərdə dəstəkləmək və ondan xalqı faydalandırmaq üçün Hacı Madər kimi insanlara böyük ehtiyac var. Mən eyni parlamentdə təmsil olunan bir millət vəkili kimi tam məsuliyyətlə deyə bilərəm ki, M.Musayev deputatlıq müddətində bütün imkanları ilə öz əməyini seçicilərin yolunda heç vaxt əsirgəməyib. Seçiciləri buna şahiddirlər. Ona görə də mən rayon sakinlərinə bir daha xatırlatmaq istəyirəm ki, noyabrın 7-də Hacı Madər kimi insana qiymət versinlər. M.Musayev bu seçicilərə hələ çox lazımdır”,-deyə millət vəkili vurğulayıb.

Tədbirdə namizədin vəkili Şahrza Ağayev qeyd edib ki, Hacı Madər Musayev heç vaxt söz vermir, əməl edir. “Dövlətin imkanlarına arxalanaraq istənilən bir işin görülməsinə yardımçı olur. O, bu missiyanı bundan sonra da davam etdirmək niyyətindədir. Gəlin, hamılıqla onun bu niyyətinin gerçəkləşməsinə səs verək”,-deyə vəkil seçicilərə səslənib.  

Namizəd Madər Musayev isə çıxış edərək seçicilərdən kimə səs vermələrindən asılı olmayaraq, hamılıqla noyabrın 7-də seçkilərdə iştirak etməyi xahiş edib. O, öz seçicilərinə çağırış edərək bildirib ki, ilk növbədə hər bir seçici öz haqqı olan seçki marafonundan istifadə etməyi bacarmalıdır. “Bəzən heç vaxt seçkidə iştirak etməyən və seçki haqqında anlayışı olmayan birisi, hər yerdə çıxış edib bələdiyyəni və millət vəkilini ittiham edir. Yaxşı olardı ki, həmin insanlar da seçkilərə qatılıb həm öz namizədinin seçilməsinə yardımçı olsunlar, həm də səs verdikləri orqanın fəaliyyətindən xəbər tutsunlar. O zaman onların ittihamları da düzgün hədəfinə çatar və bu da həqiqi namizədin fəaliyyətinə müsbət təsir göstərər. Mən indiyə kimi beş dəfə məhz bu rayondan seçkilərdə iştirak edib seçicilərin rəğbətini qazanmışam. Bu dəfə də seçicilərimin düzgün seçim edəcəklərinə inanıram. Bir adam min adamı bir və ya iki dəfə aldada bilər. Lakin, bir adam kütləni heç vaxt hər dəfə aldada bilməz. Mənim də düz beş dəfə eyni ərazidə ardıcıl deputat seçilməyimə səbəb vətəndaşlarla həqiqət üzərində qurulan münasibətim olub. Prezidentimizin əməyi sayəsində ölkəmiz durmadan inkişaf edir. Bu artıq özünü hər yerdə əyani şəkildə göstərir. İnkişaf edən ölkədə ara-sıra problemlərin özünü göstərməsi də təbii haldır. Bu problemlərin həllində yardımçı olmaq əvəzinə, ondan seçki qabağı bayraq kimi istifadə etmək düzgün deyil. İndi namizədlər var ki, bundan siyasi məqsəd kimi istifadə edir və fantastik şəkildə bütün məsələləri həll edəcəklərini vəd edirlər. Əzbərçi natiq olub xalqı aldtamaq sənəti millət vəkili üçün deyil. Bu artıq millətin vəkili olmaq niyyətindən yox, onu aldatmaq niyyətindən xəbər verir. Onlar anlamalıdırlar ki, indi sürətlə inkişaf edən ölkəmizdə nəinki deputatlar, hətta nazirlər və icra başçıları belə birlikdə prezidentimizin gördüyü işin heç 10%-ni belə görə bilməzlər. Xalq üçün ölkədə Prezident var və onun qədər xalqını istəyən başqa birisi ola bilməz. Amma, indi bəzi deputatlığa namizədlər ölkə başçısının səlahiyyəti qədər camaata vəd verib onları aldadırlar. Əgər onlar xalqı istəsəydilər, ən azı bu gün insanları aldatmazdılar”,-deyə namizəd açıqlayıb.

M.Musayev qeyd edib ki, hər bir dairənin millət vəkili olmaq üçün, o insanların içində yaşamaq başlıca şərtdir.
“Mənim köküm bu rayona bağlıdır və burada da yaşayıb boya-başa çatmışam. Bu camaatın keçirdiyi bütün hisslərinə bələdəm. Lakin, indi elə namizədlər var ki, məsələn, heç ömür boyu Binəqədidə yaşamayıblar, indidən rayon camaatına yağlı vədlər verirlər. Bu tanımadığı yerdə bələd olmadığı problemi necə həll edəcək? Hətta, bu bəs eləmirmiş kimi, hələ seçki başlamayıb, indidən bar-bar bağırırlar ki, seçki saxtalaşdırılıb. Dəhşətdir, bunlar şər atmağı belə özlərinə sənət seçiblər. Mən rayon camaatımızı öz məqsədləri xatirinə bu kimi vasitələrə əl atan insanlardan qorunmağa çağırıram. Hər şeydən əvvəl sizi noyabrın 7-də məntəqələrə gələrək  kimə səs vermənizdən asılı olmayaraq seçkilərə qatılıb öz hüquqlarınızdan istifadə etməyə çağırıram. Dövlət xalqa bunun üçün yüksək şərait yaradıb”,-deyə Madər Musayev bəyan edib. Görüşdə çıxış edən seçicilər noyabrın 7-də məntəqələrə gedərək son 20 ildir etimadlarını doğruldan insana - Hacı Madər Musayevə səs verəcəklərini bildiriblər.
Tədbir seçicilərdən olan rayon ağsaqqalları və ictimaiyyət nümayəndələrinin çıxışı ilə davam edib.

 

 Seçki qərargahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü