Modern.az

Deputatlığa namizəd İlham Əliyevə şikayət edib

Deputatlığa namizəd İlham Əliyevə şikayət edib

Təhsil

2 Noyabr 2010, 17:15

83 saylı Ağcabədi-Füzuli seçki dairəsində deputatlığa namizədliyi qeydə alınmış tanınmış iqtisadçı Vüqar Bayramov ölkə prezidenti İlham Əliyevə müraciət edib.
Vüqar Bayramovun müraciətində ölkə prezidentinə bu il noyabrın 7-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə Seçkilərdə iştirak etmək məqsədi ilə 83 saylı Ağcabədi- Füzuli dairəsindən namizədliyimin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınması ilə bağlı dəstəyə görə minnətdarlıq qeyd edilir. Eyni zamanda qeyd olunur ki, təbliğat kampaniya dövründə prezidentin  seçkinin demokratik və azad keçirilməsi ilə bağlı göstərişlərinizə zidd olaraq təəssüf ki, Ağcabədi və Füzuli yerli icra hakimiyyəti orqanları prosesə inzibati müdaxilə edirlər.

”Seçki kampaniyasında məni dəstəkləyənlərə təzyiqlər edilir və onlar polis bölmələrinə çağırılırlar və hədə-qorxu gəlinir. Seçicilərin mənimlə görüşməsinə, mənim iqtisadi platformamı və fikirlərimi dinləməsinə inzibati maneəçiliklər yaradılır. Ağcabədi rayonunda yerli icra hakmiyyəti nümayəndələri və bələdiyyə üzvləri qapı-qapı gəzərək seçki günün seçicilərin deputatlığa namizəd digər namizədə səs verməsi tapşırığı verirlər. Füzuli icra hakimiyyəti nümayəndələri isə hətta seçki bildirişlərinin paylanmasını həyata keçirərək seçicilərə Vüqar Bayramova deyil rəqibinə səs vermələrini bildirirlər. Bununla da seçkinin nəticələrini inzibati təzyiq və müdaxilə vasitəsi ilə öncədən müəyyənləşdirməyə çalışırlar”. Daha sonra Vüqar Bayramov müraciətində bildidb:
”Seçkilərdə iştirak qərarım Sizin gənclərə və xüsusən gənc alimlərə olan qayğı və diqqətinizdən irəli gəlir. Demokratik inkişaf yolu seçmiş ölkəmizdə icra hakimiyyəti orqanının seçki prosesinə müdaxiləsi, vətəndaşlara təzyiqləri Sizin göstərişlərinizə ziddir. Hər zaman Azərbaycanda aparılan iqtisadi siyasətə dəstəkləyən və eləcə də bu istiqamətdə müxtəlif təkliflər paketi hazırlayaraq bu işə töhvələr verən iqtisadçı alim kimi qeyd etmək istərdim ki, parlament seçkilərində iştirak qərarım islahatlara daha yaxından dəstək vermək niyyətimlə bağlıdır. Parlamentdə olub-olmamağımdan asılı olmayaraq gələcəkdə də iqtisadi islahatlara, ölkəmizin daha da inkişaf etməsinə bir gənc alim və ekspert kimi töhvəmi verməkdə davam edəcəm, Azərbaycanı beynəlxalq konfranslarda layiqincə təmsil etməyə çalışacam”.

Müraciətin sonunda, ölkə prezidentinin Ağcabədi və Füzuli rayon icra hakimiyyəti orqanlarının seçki prosesinə zidd olan müdaxiləsinin qarşısının alınması və ədalətin bərpa ediləcəyinə göstəriş verəcəyinə əminlik ifadə edilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü