Modern.az

Yerevanda Konstitusiya islahatı əleyhinə mitinq başladı

 Yerevanda Konstitusiya islahatı əleyhinə mitinq başladı

Dünya

30 Oktyabr 2015, 20:15

Yerevanın “Azadlıq” meydanında “Yox!” cəbhəsinin Konstitusiya islahatları əleyhinə təşkil etdiyi mitinq keçirilir. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, aksiyaya siyasi qüvvələr və ictimai təşkilatlar da qoşulublar.

“İrs” partiyasının lideri Raffi Ovannisyan, “Təsis parlamenti” radikal təşəbbüs qrupunun rəhbəri Jirayr Sefilyan, Erməni Milli Konqresinin parlamentdəki deputatları da tribunaya toplaşıblar. Yağış altında keçirilən mitinqdə iştirakçılar çox deyil. Təşkilatçılar əmindirlər ki, hava şəraitinin pis olmasına baxmayaraq aksiyanı sonadək davam etdirəcəklər.   

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü