Modern.az

Türkiyənin öz sərhədlərini qorumaq hüququ var

  Türkiyənin öz sərhədlərini qorumaq hüququ var

Dünya

24 Noyabr 2015, 22:58

 

Türkiyənin öz sərhədlərini qorumaq hüququ var. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya məxsus təyyarənin vurulmasına münasibət bildirərkən deyib.  

Ərdoğanın sözlərinə görə, Türkiyə Hərbi-Hava Qüvvələri Rusiya təyyarəsini vurmazdan əvvəl ona 10 dəfə xəbərdarlıq edib. Buna baxmayaraq Rusiya HHQ-nin təyyarəsi Türkiyənin hava məkanını tərk etməyib.  

Ərdoğan onu da deyib ki, Rusiya təyyarəsinin vurulması Türkiyənin hərbi qanunvericiliyinin tələbləri çərçivəsində baş verib.  

Türkiyə prezidentinin sözlərinə görə, Rusiya HHQ təyyarələrinin bombaladığı ərazi terrorçuların bazası deyil: “Rusiya İŞİD-i bombalamaq adı altında bizim türkman qardaşlarımızın mövqelərinə zərbələr endirir”.

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.

 Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü