Modern.az

Hind kinosunun əfsanəsi - “Şaka” 80 yaşını qeyd edir - FOTOLAR

Hind kinosunun əfsanəsi - “Şaka” 80 yaşını qeyd edir - FOTOLAR

Reportaj

8 Dekabr 2015, 19:00


Dharmendra ikinci arvadı Hema Malini ilə...

Hind fimləri toxunulan mövzuları, süjet xətti, özünəməxsus çəkiliş stili və ayrılmaz atributlardan sayılan mahnı-rəqs kompozisiyaları ilə uzun illərdir Azərbaycan tamaşaçısının ürəyinə yol tapır. İlk dəfə ötən əsrin 50-ci illərində Sovet İttifaqında populyarlıq qazanan Hindistan filmləri  60 ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanda da öz baxımlılığını itirmir.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da “Bollivud”un məhsulu olan filmlərin nümayişi bütün yerli TV-lərimizin proqram siyasətində ayırlmaz parçaya çevrildi.

8 dekabr tarixi azərbaycanlı tamaşaçının bir çox məşhur filmlərdən yaxşı tanıdığı, çoxlarına “Şaka” adı ilə məlum olan hind aktyoru və prodüsseri Dharmendranın (əsl adı Dharam Sinqh Deol) 80 illik yubileyidir.

Bu aktyorun rolları vaxtilə sovet gənclərinin, o cümlədən azərbaycanlıların necə deyərlər, ağlını başdan almışdı... Onun rollarına baxan bəzi duyğusal gənclər özlərini "Şaka"ya oxşatmağa çalışır, onun kimi geyinir, saçlarının onunu kimi darayır, o etdiyi hərəkətləri etməyə çalışırdılar...

Modern.az saytı oxucu marağını nəzərə alaraq, əfsanəvi aktyorun həyat yoluna qısa işıq salır.

Dharmendra 1935-ci ilin 8 dekabrında Hindistanın Pəncab vilayətinin Paqvhara şəhərində doğulub. Qeyd etmək lazımdır ki, bu vilayətin sakinlərinin əksəriyyəti sikh xalqının nümayəndələridir və məşhur aktyor da onlardan biridir.

Ailəsinin mühafizəkarlığı səbəbindən Dharmendra ilk vaxtlar kinoaktyor olmaq həvəsini gizlətməli olub. Lakin 19 yaşında valideynlərinin təkidi ilə ailə həyatı qurduqdan sonra həyat yoldaşı ilə hind kinosənayesinin paytaxtı Bombeyə köçüb. Burada bir neçə kinoşirkətin keçirdiyi kastinqlərdə və istedad yarışmalarında iştirak edən gənc Dharmendra rejissor Arcun Xinqoraninin diqqətini çəkib. Və rejissor Dharmendraya “Həm həyat, həm ömür yalnız sənə” filmində epizodik rol təklif edir. Ona rol qarşılğında 51 rupi qonarar və yerli kafelərin birində 1 fincan çay, 1 qayğanaqdan ibarət gündəlik səhər yeməyi təklif olunur. Lakin film taşamaçıda maraaq oyatmır və bu, ilk rolundaca “oxu daşa dəyən” Dharmendranı ruhdan salır.
 
O, əşyalarını toplayıb doğma şəhərinə qayıtmağı düşünsə də, aktrisa Nutanın baş rol oynadığı “Məhbus xanım” (1963) və Mina Kumarinin baş rolda çəkildiyi “Taleyin oyunu” (1964) filmlərinə də təklif alır. Bu filmlərə aldığı dəvətlər gələcək aktyora karyerasının hələ başlamamaış bitməsinə imkan vermir.

İlk vaxtlar aktoyr səhnə çəkilişlərində çox utanırmış. Məsələn, ona populyarlıq gətirən “Daş və çiçək” filmində (1967) tərəf müqabili Mina Kumari ilə ortaq sevgi səhnələrində Dharmendra hər dəfə utanaraq,  çəkiliş meydançasını tərk edir. Bu işdə onun mühafizəkar ailə tərbiyəsi də əhəmiyyətli rol oynayırdı. Lakin yeni-yeni rollar onun aktyor istedadını get-gedə dada çox açırdı. Bu ekran əsərləri Dharmendraya döyüş filmlərindəki əzələli qəhrəman obrazları ilə yanaşı, romantik və dramatik filmlərdə duyğusal aşiq rollarını  oynama imkan verirdi. İncə yumor hissi də Dharmendranın əsas özəlliklərindən idi.

“Uğur gəlir və gedir, amma istənilən halda öz sakitliyin saxlamalısan. Mən həmişə düz danışan olmuşam, insanlar həmişə mənim səmimiyyətimə qiymət veriblər”,-deyə məşhur aktyor müsahibələrinin birincə vurğulayıb.

Dharmendranı bütün ömrü boyu izləyən ən böyük bəla isə içki aludəçiliyi sayılır. Aktyor bu mərəzdən qurtulmaq iqtidarında olmadığını səmimiyyəti ilə etiraf edib.

“Bu həyatımın ən böyük çatışmazlığı və öhdəsindən gələ bilmədiyim ən böyük problemdir. Mən bir neçə dəfə içkini atmağa çalışsam da, sonda hər dəfə içki şüşəsinə qayıtmışam”.

Aktyorun daha bir mənfi cəhəti kimi onun çılğınlığını nümunə gətirirlər.

Dharmendranın özü bu haqda belə deyib.

“Mən temperamentli insanmam. İçimdə nə baş verirsə, onu ətrafdakılardan gizlədə bilmirəm. Hislərimi çox aşkar göstərirəm. Bəzən qəzəblənəndə çox dəlisovluq edirəm, amma sonradan etdiklərimə görə peşiman oluram”.

Bir dəfə o, israrla şəkil çəkmək istəyən jurnalisti yerə yıxmışdı. 

“Mən həmin an peşiman oldum və bu günə kimi peşimançılıq hissi çəkirəm”.

Dharmendra ona 4 uşaq doğan ilk həyat yoldaşı Prakaş Kaurdan ayrılmandan 7 filmdə birlikdə tərəf müqabili olan aktrisa Hema Malini (“Gita” rolunun ifaçısı) ilə nikaha girib ki, bu da Hindistan ictimaiyyətində birmənalı qarşılanmayıb. Hinduizmdə çoxarvadlılıq olmasa da, aktyor din xadimləri ilə uzun danışıqlardan sonra istəyini gerçəkləşdirib.

Dharmendra ilə Hema Malini ilk dəfə 1972-ci ildə Azərbaycan izləyicisinin bu gün də sevə-sevə baxdığı “Zita və Gita” filmində üzləşiblər. Onların ekran qəhrəmanları Raka və Gita arasındakı sevgi real həyatda da öz davamını tapıb. 1975-ci  ildə hind kinosunun ən böyük hitlərindən sayılan “Qisas və qanun” filmində isə bu hisslər bütün çəkiliş heyətinə aşkarlanıb.

Maraqlıdır ki, ilk vaxtlar Hema Malininin atası qızının Dharmendra ilə ailə həyatı qurmasına qəti razılıq vermir. Ata qızının evli kişi ilə evlənməsini heç cürə qəbul edə bilmir. Lakin 1978-ci ildə o, ürək tutmasından vəfat edir. Və yuxarıda deyildiyi kimi, Dharmendra ilk nikahını pozmadan 1980-ci ildə özünə yığcam toy mərasimi təşkil edir.
 
1980-ci illərin ortalarından sonra Dharmendra kinoda get-gedə daha az çəkilməyə başlayır. O, daha çox ikinci plan rollarda, gənc aktyorların atası ampluasını qəbul edir. Paralel olaraq, prodüserliklə də məşğul olur.

Dharmendranın ilk arvadı Prakaş Kaurdan 4 övladı, Hema Malini ilə nikahdan isə Eşa və Axana adlı 2 qız övladı var. Onun oğulları Sanni Deol və Boddi Deol da atalarının yolu ilə gedərək, aktyor olublar.

Yaşlı və orta nəsil Azərbaycan tamaşaçıları Dharmendranı “Daş və çiçək” (1966), «Gözəl və məğrur” (1970), “Zita və Gita” (1972), “Mənim adım Kloundur” (1972), “Sevimli Rac” (1972), “Qisas və qanun”  (1975), “Məhəbbətin əbədi nağılı” (1977), “Əlibaba və qırx quldur” (1980), “Yanan qatar” (1980), “Raziyə Sultan” (1983), “Üç müşketyor” (1984) kimi filmlərdəki yaddaqalan obrazlarla xatırlayırlar. 






Atası və qızı ilə...




Birinci arvadı və uşaqları...

İkinci evlilik - təzə uşaqlar...




Oğlanları ilə..


Məşhur ər-arvad...



Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı