Modern.az

ABŞ-ın azadlığa buraxdığı keçmiş məhbus terror təşkilatına başçı seçildi

ABŞ-ın azadlığa buraxdığı keçmiş məhbus terror təşkilatına başçı seçildi

10 Dekabr 2015, 15:51

Terrorçuluqda şübhəli bilinərək Quantanamo həbsxanasında saxlanılan İbrahim Koşi azadlığa çıxdıqdan sonra yenidən terror fəaliyyətinə qayıdıb.

  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İbrahim Koşi “Ərəbistan yarımadasındakı Əl Qaidə” qruplaşmasının lideri təyin olunub.

Daha çox Şeyx Habib əl Sudani ləqəbi ilə tanınan terrorçu 2001-ci ilin dekabrında Pakistanda həbs olunmuşdu. O, ABŞ-ın Üsəma Ben Ladenə yaxınlığı ilə seçilən şəxslərdən hazırladığı “çirkin otuzluq” qrupuna daxil idi.

Bir müddət sonra azadlığa çıxan Koşi Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücum təşkil etməkdə əsas şübhəli sayılır.

 

Son vaxtlar isə onun başçılıq etdiyi “Ərəbistan yarımadasındakı Əl Qaidə” qruplaşması Yəməndə Zincibar və Caar şəhərlərini ələ keçirib.

 

  

İbrahim Koşi 2010-cu ildə özünü terror aktları hazırlamaqda və ekstremist təşkilatları maliyyələşdirməkdə təqsirli sayaraq istintaqla razılığa getmişdi.

Buna görə də 2012-ci ildə onu Quantanamo həbsxanasından vətəni Sudana köçürmüşdülər.

Vüqar İsmayılov

 

  

  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü