Modern.az

“Çəngəl-qaşıq olan yerdə top-tüfəng susur” - Plov festivalından REPORTAJ

“Çəngəl-qaşıq olan yerdə top-tüfəng susur” - Plov festivalından REPORTAJ

11 Dekabr 2015, 16:49


“Kulinariya, süfrə kimi mədəniyyətlər olan yerdə top-tüfəng susur. Bu gün dövlətlər kulinariya festivallarında bir araya gələrək, sülh və barışığı təmin etməlidirlər. Çünki bu, ən yaxşı vasitələrdən biridir. Mən bu gün 2-ci Beynəlxalq Plov Festivalında öz milli plov növləri ilə çıxış edən iştirakçı və qonaq qismində olan bütün dövlətlərin nümayəndələrinə minətdarlığımı bildirirəm. Bu gün buarda təmsil olunan ölkələrin hər biri Azərbaycanla qardaşlaşmış ölkələrdir. Bu, özünü həmçinin milli kulinariya, milli yemək mədəniyyətlərində də göstərir”.

Bakıdakı “Sərin” restoranında keçirilən 2-ci Beynəlxalq Plov Festivalınının açılışına Azərbaycan  Milii  Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bu sözlərlə başladı.

Modern.az  saytı xəbər verir ki, 2-ci Beynəlxalq Plov Festivalına İran, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Yaponiya, Cənubi Koreyas, İndoneziya, Tacikistan, Özbəkistan, Əfqanıstan, Hindistandan olan nümayəndə heyətləri - aşpazlar qatılıblar. Hər bir ölkənin nümayəndəsi festivalda öz milli kulinariyasına aid plov növünü təqdim edirdi.

Türkiyə, İran, Pakistan, Tacikistan, Türkmənistan kimi ölkələrin stendlərində təqdim olunan milli kulinariya nümunələri, plovlar demək olar ki, Azərbaycan plovları kimi yağlı və aşqaralı idi. Bu ölkələrin plov, aş nümunələrinin aşqarası daha çox mal, qoyun, quzu , toyuq ətlərindən hazırlanmışdı. Həmçinin, kərə yağından, müxtəlif növ meyvə quruları, təbii çərəzlərdən istifadə edilmişdi.



Uzaq Şərq ölkələri olan Yaponiya, Cənubi Koreya kulinarlarının festivalda təqdim etdiyi plovlar  isə tam fərqliydi. Belə ki, bu ölkələrin süfrələrində  “Suşi” qarışıqlı, yəni çiy düyü və balıq, soyuq qəlyanaltılı plov nümunələri üstünlük təşkil edirdi.

2-ci Beynəlxalq Plov festivalında Türkiyənin Azərbaycandakı səfirliyinin Murat Karaçanta bu festivalda öz ölkəsionin də iştirakından böyül sevinc hissi keçirdiyini və belə tədbirlıərin Azərbqaycan-Türkiyə qardaşlığına böyük təsir edəcəyini vurğuladı: “Mən düşünürəm ki, bu festival çox böyük tarixi-mədəni əhəmiyyət daşıyır. Baxın, hər bir ölkə öz tarixi-mədəni, kulinariyasını bu gün göz önündə sərgiləyir. Biz də burada qədim Osmanlı süfrəsindən bu günə qədər gəlib çıxan Ege və Məngə plovları ilə təmsil olunuruq. Həmçinin, belə festivallar ölkələrimizin daha da qardaşlaşmasına müsbət tədir edəcək”.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşinin şəxsi aşpazı Sakayi Akira da bu gün öz ölkəsini Bakıda 2-ci Beynəlxalq Plov Festivalında təmsil edirdi:
“Bu gün bu festivalda öz milli yeməklərimizlə təmsil olunduğumuza görə çox sevincliyəm. Bu gün biz 3 növ plovla təmsil olunruq. Bizim təqdim etdiyimiz “Çerasi çusi” yeməyi “Suşi”yə daha yaxındır. Bu yemək çiy yəni, yarımçıq bişmiş düyü və yarımçıq qaynadılmış balıqdır. Başqa yeməyimiz isə “Takihomi kohan” adlanır - düyü, tərəvəzlər və toyuqdan hazırlanıb. Düyüdən hazırlanmış “Miterasi danqo” adlı desertimiz də nümayiş olunur.  Yapon mətbəxindəki plovların Azərbaycan mətbəxindəki plovlardan əsas fərqi odur ki, bizim plovlar əsasən “Suşi” tərkibli olur. Azərbaycan plovları isə aşqaralı, bol yağlı olur. Bizim mətbəxdə daha çox balıq və dəniz məhsulları olduğundan bu, plovlarımızda da özünü göstərir”.

Qeyd edək ki, 2-ci Beynəlxalq Plov Festivalında Azərbaycandan olan yerli ərzaq məhsullarının istehsalçıları, kulinariya, yemək sahəsində ixtisaslaşmış firmalar, məhşur restoranlar da yaxından içtirak ediblər.


























Ağa Akifoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü