Modern.az

NATO Türkiyə ilə bağlı qərar verdi

 NATO Türkiyə ilə bağlı qərar verdi

15 Dekabr 2015, 21:19


Şimali Atlantika İttifaqı (NATO) İspaniyanın Türkiyədəki “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı qərar verib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi alyans Ankaranın müraciətinə müsbət cavab verərək “Patriot”ların Türkiyədəki missiyasını daha bir il uzadıb.

Qeyd edək ki, Türkiyənin hava məkanını mühafizə edən “Patriot”ların missiyası 26 yanvar 2016-cı il tarixində başa çatır. Ankara missiyasının uzadılması üçün NATO-ya müraciət edib. NATO-nun yeni qərarı ilə “Patriotlar” 25 yanvar 2017-ci ilə qədər Türkiyədə qalacaq.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü