Modern.az

Ərdoğan "2010 Liderlik Mükafatı”na layiq görüldü

Ərdoğan "2010 Liderlik Mükafatı”na layiq görüldü

Təhsil

25 Noyabr 2010, 16:49

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ərəb Banklar Birliyi tərəfindən  “2010 Liderlik Mükafatı”na layiq görülüb. Modern.az saytının xarici  mətbuata istinadən verdiyi xəbərə görə, Ərəb Banklar  Birliyinin təşkil etdiyi toplantıya Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılıb. Toplantıda çıxış edən Ərdoğan iqtisadi məsələlərə də toxunub.

Baş nazir deyib: “Ədalətin olmadığı bir dünyada, ədalət hissinin ürəklərdə yer almadığı bir dünyada qlobal böhranların baş verməsi qaçılmazdır. Varlının daha varlı, kasıbın daha da kasıb olduğu dünyada qlobal böhranlar baş verəcək və nəticələri də daha ağır olacaq”.  

Ərdoğan deyib ki, Ərəb Banklar Birliyinin rəhbərləri vəziyyətin neçə olduğunu çox gözəl bilirlər. “Dünyanın nəhəng bankları, siğorta şırkətləri iflas etdi, ancaq bunların qarşısı almaq mümkün olmadı. Əgər biz bu olaylardan bir nəticə çıxarmasaq, inanın ki, sonrakı böhranların nəticələri daha da ağır olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü