Modern.az

Kabil hava limanı yaxınlığında partlayış - 30 yaralı

 Kabil hava limanı yaxınlığında partlayış  - 30 yaralı

Dünya

5 Yanvar 2016, 00:52


Əfqanıstanın paytaxtı Kabildə yenə partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış Kabil Beynəlxalq Hava Limanı yaxınlığında törədilib.

Son sutka ərzində ikinci dəfə törədilən partlayış nəticəsində azı 30 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. Terrorçular yaydıqları açıqlamada xarici vətəndaşlar da daxil olmaqla, onlarla ölən və yaralananların olduğunu israr edirlər.  

Rəsmi məlumata əsasən, partlayıcı qurğu hava limanının yaxınlığında saxlanılan avtomobildə quraşdırılıb.  

Modern.az

   
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü