Modern.az

Liviyada terror - 65 ölü, 100 yaralı

 Liviyada terror - 65 ölü, 100 yaralı

Dünya

7 Yanvar 2016, 22:31


Liviyanın Zliten hərbi təlim düşərgəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı getdikcə artır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yük maşınına yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. Partlayış nəticəsində 100-dən çox insan yaralanıb. Ölən və yaralananlar arasında dinc sakinlər də var.

Məlumata görə, terrorçuların hədəfi sahil mühafizəsi xidmətinin qərargahı olub. Şəhərdə məktəblər bağlanıb, səfərbərlik elan edilib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü