Modern.az

ABŞ, Rusiya və Fransa Qarabağda müharibəni qadağan etdi

ABŞ, Rusiya və  Fransa Qarabağda müharibəni qadağan etdi

Təhsil

1 Dekabr 2010, 14:49

Astana sammitinin “Qarabağ” bəyanatında ancaq sülh təşəbbüsləri dəstəklənir 



ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri – Rusiya prezidenti Dmitri Medvedev, Fransanın baş naziri Fransua Fiyon, ABŞ-ın dövlət katibi Hillari Klinton, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan birgə bəyanatla çıxış ediblər. (APA)

Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha ciddi səylər göstərməyin vaxtı çatıb:
“Sülh yolu ilə nizamlanma bölgəyə stabillik və təhlükəsizlik gətirəcək və region xalqlarının real barışmasını təmin edəcək yeganə üsuldur. Azərbaycan və Ermənistan prezidentləri bir daha Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, həmçinin prezidentlər Dmitri Medvedyev, Nikola Sarkozi və Barak Obamanın 10 iyul 2009-cu ildə Akvilldə, 26 iyun 2010-cu ildə Muskokada verdikləri bəyanat əsasında birdəfəlik nizamlanmasına nail olmaq barədə öhdəliklərini təsdiqləyiblər. ATƏT-ə həmsədrlik edən ölkələr Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə nizamlanmasında dəstək verəcəklərini bəyan edirlər. Onlar Azərbaycan və Ermənistan liderlərini diqqətlərini ikiqat enerji ilə qeyd olunan əsas prinsiplərdə əks olunan məsələlər üzərində cəmləşdirməyə çağırıb, həmsədrlərə isə danışıqlar üçün ən yaxşı atmosfer formalaşdırmağa kömək etmək üçün münaqişə tərəfləri ilə işi davam etdirməyi tapşırıb, tərəfləri atəşkəs rejiminin möhkəmləndirilməsi, bütün sahələrdə etimad mühitinin gücləndirilməsi üçün tədbirlər görməyə çağırırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü